Gözükölgəli qalanlar - Pul ötürmə mexanizmi ifşa oldu...
44 günlük müharibə başlayandan bitənə qədər bəzi müxalifət nümayəndələrində susqunluq yaranmışdı. Müharibə olmasını istəməyənlər istisna olmaqla bir çox müxalif şəxs səssizcə prosesləri izləyirdi. Onlar işğal altında olan rayonlarımızın bir-bir azad olunma xəbərlərini eşitdikcə təəccüblənirdilər. Elə ki, 10 noyabr müqaviləsi imzalandı, sülhməramlıların torpaqlarımıza daxil olması barədə qərar qəbul olundu, Xocalı, Xankəndi ermənilərdə qaldı, vəziyyət dəyişdi. 44 gün ərzində susan şəxslər birdən birə başladılar dil-dil ötməyə. Mövcud vəziyyət o qədər qarışıq idi ki, cəmiyyətdə ayrıseçkilik yaranmışdı, qələbəyə şübhə ilə yanaşanlar var idi.
Dövlət başçısı İlham Əliyev vəziyyətin qəribəliyini bildiyi üçün çıxışı zamanı dəfələrlə demişdi ki, nəyi necə edəcəyini bilir, narahatlığa əsas yoxdur. Buna baxmayaraq bir çoxunda qələbəmiz şübhə doğurmuşdu. Mövcud vəziyyətdən ən çox yararlanalar Qərbin və ABŞ-nin maliyyələşdirdiyi şəxslər oldu. Belə ki, elə əsas məqsədləri qələbimizə kölgə salmaq olan bu dəstələrin əllərində bəhanələri var idi. Onlar illərlə Xocalı, Xankəndi, sülhməramlılar məsələsini əllərində bayraq edərək Qərbin və ABŞ-nin niyyətini reallaşdırdılar. Təbii ki, bunun müqabilində külli miqdarda pullar da ayrılıb.
Yeri gəlmişkən, bir neçə gün əvvəl "Abzas media" və "Toplum tv" işində yeni faktlar əldə edilib. Hansı ki, bu media qurumlarının nümayəndələri qəsdən və ya bilməyərəkdən illərlə yuxarıda bəhs edilən yöndə təbliğat apararaq düşmənlərimizə xidmət ediblər. Qərbdən maliyyələşən bu media qurumları ABŞ-nin təlimatlarına uyğun olaraq illərlə cəmiyyətdə fikir ayrılığı, münaqişə yaratmağa çalışıblar. Onların əsassız mübarizəsi hələ də davam edir. Amma, artıq onlar bəhanə tapa bilmirlər. Çünki, Xankəndidə, Xocalıda bayrağımız dalğalanır, sülhməramlılar torpaqlarımızı tərk edib, Qazağın kəndləri də qayıdıb. Artıq Ermənistanla sülh prosesi üzrə real addımlar atılıb.
Qeyd edim ki, "Qrant qaçaqmalçılığı" şəbəkəsinin üzvü olmuş, indiyədək adı çox da hallandırılmamış yeni adlar aşkarlanıb. Məsələn, "Meclis.info" platformasının rəhbəri İmran Əliyevin "qrant qaçaqmalçıları" ilə əlbir fəaliyyətinə dair faktlar ictimailəşdirilib. "Meclis.info" platformasının rəhbəri İmran Əliyev, "Abzas Media"nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızının fəaliyyəti ilə bağlı aparılan araşdırmalar zamanı müəyyən edilib ki, onlar maliyyə nəzarətindən yayınmaq üçün xarici ölkələrə məxsuz "adsız bank kartları"ndan da istifadə ediblər. Xaricdən ötürülən vəsaitlərin bir qismini də bu kartlar vasitəsilə nəğdləşdiriblər.

Kartlar Gürcüstanın TBC, Böyük Britaniyanın EML və ABŞ-nin "US Bank Reliakard" banklarına aid olub. Həmin kartlar vasitəsilə həyata keçirilmiş maliyyə əməliyyatları üzrə qəbzlər də təhqiqat prosesinin gedişində müəyyən edilərək götürülüb. Nəğdləşdirmə qəbzlərindən belə görünür ki, kartlar son ana qədər aktiv olublar. Həmçinin, kifayət qədər böyük məbləğlərin nəqdləşdirilməsi üçün istifadə ediliblər. 2023-cü ilə aid olan qəbzlərdə böyük məbləğdə vəsaitlərin nəğdləşdirilməsi halı müşahidə edilir.
Əldə olunan faktlar deməyə əsas verir ki, yerli VCT-lərə qanunsuz qrantların, maliyyə vəsaitlərinin ötürülməsində Qərb institutlarının özlərinin marağı vardır. Maddi şirnikləşdirmələrlə qanunsuzluğa sövq edilən QHT və KİV-lər təsir altına salınır, növbəti mərhələdə daha çirkin proseslər üçün istifadə olunurlar.
İslam
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın
-
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
XƏBƏR LENTİ
-
Nağıl kimi həyat başlayır: Sərvətinə sərvət qatacaq 3 bürc
-
Qara sarımsağın gizli faydaları
-
93 yaşı olsa da, nə əasası, nə də baxıcısı var: Səhərlər sadəcə bunu edir
-
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
-
Ağ ya da qırmızı deyilmiş: Ən sağlam soğan məlum oldu
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Kadir İnanırın sərvəti qalmaqal yaratdı
-
Lombardlara gipsdən hazırlanmış "iPhone" verən şəxs saxlanılıb - (Foto)
-
“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...” - Marin Le Pen
-
"ABŞ-də yanacağın qiymətinin kəskin artacağı gözlənilir"
-
"Matrisada nasazlıq": Cennifer Lopesin oxşarı həbs edildi - (Foto)
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
-
Günün qoroskopu: Sevdiyiniz insana qarşı daha anlayışlı olmağa çalışın
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib
-
Conidən haqqında yayılan xəbərlərə reaksiya - Yenilənib - (Video)
-
Polşada Azərbaycana qarşı təxribat - (Video)
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
"Teşkilat"ın yayım tarixi bilindi
-
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - (Video)
-
Bakının bu ərazilərində qaz kəsiləcək
-
Hüseyn əməliyyat olundu - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)





