Sülhməramlılar da çıxarıldı - Nə bəhanə qaldı?
Müharibənin son günü, 10 noyabr müqaviləsindən sonra cəmiyyətdə fikir ayrılığı yaranmışdı. Sülhməramlıların Azərbaycan torpaqlarına daxil olmasını faciəyə çevirmişdilər. Bunu əlinə bayraq edən müxalifət üzvləri məsələni daha da şişirdərək sülhməramlıların torpaqlarımızdan heç vaxt çıxmayacaqlarını iddia edirdilər. Bundan əlavə, Xocalı və Xankəndinin ermənilərdə qalması bu şəxslər üçün gözəl bəhanəyə çevrilmişdi. Ölkə başçısının "Nəyi nə vaxt edəcəyimi bilirəm" sözlərinin dərinliyini anlamayan şəxslər bu kimi fikirlərə inanaraq ümidsizliyə qapılırdılar. Halbuki, bu şəxslərin məqsədi də elə cəmiyyətdə fikir ayrılığı yaratmaq idi. Qərbin, ABŞ-nin maliyyələşdirdiyinə dair sübutlar əldə olunmuş bəzi müxalif şəxslərin artıq bəhanəsi qalmayıb. Onların vaxtilə əllərində bayraq etdiyi bütün məsələlələr İlham Əliyevin uğurlu siyasəti nəticəsində tezliklə həll olunub. Belə ki, 10 noyabr sazişində sülhməramlıların 2025-ə qədər müvəqqəti olaraq yerləşdirilməsi maddəsində məhz Prezident İlham Əliyev israr etmişdi. Üçtərəfli sənəddə "müvəqqəti" şərtinin qoyulması və prosesin məntiqi sona çatdırılması Prezidentin qətiyyətli siyasətinin nəticəsidir.
Artıq sülhməramlılar Azərbaycan torpaqlarından tamamilə çıxarılır. Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ regionundan çıxarılmasına başlanıldığını təsdiq edib. Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə danışarkən bildirib ki, sülhməramlıların ərazilərimizdən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib.
ABŞ Dövlət Departamenti Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ bölgəsini tərk etməsinə münasibət bildirib. Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel ABŞ-nin 2020-ci ildə Qarabağda döyüşlərə son qoyan və həmin bölgədə Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsi ilə nəticələnən üçtərəfli razılaşmanın tərəfi olmadığını diqqətə çatdırıb. O, Rusiya sülhməramlı kontingentinin "daha dinc və sabit Cənubi Qafqaz regionuna töhfə verdiyini göstərən heç nə görmədiklərini" vurğulayıb: "Bununla belə, biz Ermənistan və Azərbaycanın davamlı və ləyaqətli sülhə nail olmaq səylərini qətiyyətlə dəstəkləyirik və bu prosesin asanlaşdırılması üçün yardımımızı davam etməyə hazırıq", - Dövlət Departamentinin rəsmisi qeyd edib.
Bu, ABŞ Dövlət Departamentinin Azərbaycana və Rusiyaya qarşı ilk qərəzi deyil. Onlar dəfələrlə bu tərzdə əsassız ittihamlar səsləndiriblər. ABŞ riyakarlığının növbəti göstəricisi olan bu açıqlama bir daha deməyə əsas verir ki, Cənubi Qafqazda sabitliyin olmasını istəməyən əsas qüvvələrdən biri ABŞ-dir. Deməli, ABŞ regionda davamlı sülhüm davamlı təmin olunmasında maraqlı deyil və öz geosiyasi məqsədlərini güdür.
İslam
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın
-
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
XƏBƏR LENTİ
-
Nağıl kimi həyat başlayır: Sərvətinə sərvət qatacaq 3 bürc
-
Qara sarımsağın gizli faydaları
-
93 yaşı olsa da, nə əasası, nə də baxıcısı var: Səhərlər sadəcə bunu edir
-
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
-
Ağ ya da qırmızı deyilmiş: Ən sağlam soğan məlum oldu
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Kadir İnanırın sərvəti qalmaqal yaratdı
-
Lombardlara gipsdən hazırlanmış "iPhone" verən şəxs saxlanılıb - (Foto)
-
“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...” - Marin Le Pen
-
"ABŞ-də yanacağın qiymətinin kəskin artacağı gözlənilir"
-
"Matrisada nasazlıq": Cennifer Lopesin oxşarı həbs edildi - (Foto)
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
-
Günün qoroskopu: Sevdiyiniz insana qarşı daha anlayışlı olmağa çalışın
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib
-
Conidən haqqında yayılan xəbərlərə reaksiya - Yenilənib - (Video)
-
Polşada Azərbaycana qarşı təxribat - (Video)
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
"Teşkilat"ın yayım tarixi bilindi
-
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - (Video)
-
Bakının bu ərazilərində qaz kəsiləcək
-
Hüseyn əməliyyat olundu - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)





