ABŞ ölkəsində bəyənmədiyi "toplum"u Bakıda niyə "yetişdirir?"
Medianın təsir gücünə bələd olan qüvvələr bundan məharətlə istifadə edirlər. Qərb və ABŞ bir çox ölkələrdə bəzi media qurumlarını maliyyələşdirərək, azad fikir, ədalətli, dəqiq xəbər görüntüsü yaradaraq müəyyən kütləni təsir altına aldıqdan sonra təxribat törətməklə məşğul olurlar. Onlar ən kiçik, xırda hadisələri belə şişirdərək qalmaqal yaradıb müəyyən şəxsləri özlərinə cəlb edə bilirlər. Sonradan özünə müəyyən oxucu kütləsi yığan bu media qurumları onları maliyyələşdirən dairələrin tapşırıqlarını həyata keçirirlər.
Azərbaycanda da Qərb dairələrinin maliyyələşdirdiyi, təxribat üçün saxladığı belə media qurumları var. Hansı ki, buna dair müəyyən faktlar əldə olunub. Məsələn, bir neçə ay bundan əvvəl "Abzas Media"nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, eləcə də saytın direktor müavini Məhəmməd Kekalov qaçaqmalçılıq ittihamı ilə həbs ediliblər. "Abzas Media" ilə əlaqədar həyata keçirilən tədbirlər zamanı çoxsaylı qanun pozuntuları müəyyən edilib. Faktlar geniş şəbəkə yaradılmaqla qanunsuz maliyyə maxinasiyalarının həyata keçirildiyinə və çirkli pulların yuyulduğuna dəlalət edir. Maliyyə Qərb institutları tərəfindən Gürcüstan vasitəsilə həmin şəbəkəyə ötürülüb, Şərqdə terror təşkilatlarının da istifadə etdiyi həvalə mexanizmi, adsız kartlardan geniş istifadə olunub.
Aldıqları tapşırıqlar üzrə təxribatlar törədən bu kimi media qurumlarının arasında adı hallananlardan biri də "Toplum Tv" idi. Ötən gün sözügedən media qurumunun ofisində axtarış aparılıb. Əməliyyat nəticəsində Toplum TV-nin əməkdaşları - Cavid Ramazanov, Pərvanə Qurbanlı, Araz Əliyev, Elmir Abbasov, Taleh Bədəlov, Cəmilə Əzimova, Gülyetər Mahmudova, Fidan Əlicanova, Alya Ağayeva, Fərid İsmayılov Sadiq Qurbanov, Müşfiq Cabbarov və Ruslan İzzətli saxlanılaraq, Bakı Şəhər Baş Polis İdarəsinə gətiriliblər. Onlardan Araz Əliyev, Elmir Abbasov və Ruslan İzzətli "Üçüncü respublika platforması" adlı qurumun üzvləridir, Toplum TV ilə əməkdaşlıq edirlər, digərləri isə internet kanalın əməkdaşlarıdır. Bildirilir ki, "Üçüncü respublika platforması"nın spikeri Akif Qurbanov və jurnalsit Fərid İsmayılovun mənzilində də axtarış aparılıb. Fərid İsmayılovun evindən 3100 avro pul çıxıb, Akif Qurbanovun evində axtarış davam edir. Saxlanılanlardan bəzilərinin sərbəst buraxıldığı qeyd olunub.
Bir çoxlarında sual yarana bilər ki, niyə Toplum TV-nin ofisində axtarış-əməliyyat tədbirləri həyata keçirilib. Əvvəla onu qeyd edim ki, bu əməliyyat Qərb institutlarının Azərbaycan qanunlarına zidd şəkildə medianı, jurnalistləri və ayrı-ayrı şəxsləri maliyyələşdirməsinə dair ciddi dəllilərin müəyyən edilməsi ilə bağlıdır. Görünür, Qərbin müəyyən dairələri öz fəaliyyətini səngitmir, Azərbaycanda qarışıqlıq yaratmaq üçün bütün mümkün vasitələrdən istifadə edirlər. Məsələn, baş verənlər fonunda Azərbaycana qarşı xarici mediada qarayaxma kampaniyası davam etdirilir, gündəlik qaydada onlarla əsassız ittihamlarla dolu materiallar verilir.
Qəribəlik ondadır ki, ABŞ öz daxilində hər hansı xarici təsiri qadağa edən, buna görə vətəndaşlarını məsuliyyətə cəlb etməsinə baxmayaraq digər ölkələrdə, o cümlədən də Azərbaycanda bu işləri böyük həvəslə həyata keçirir. Yəqin ki, Toplum TV ilə bağlı tədbirlərin görülməsindən sonra xarici media, hüquq müdafiə təşkilatları, sonra isə Qərb rəsmiləri tərəfindən ardıcıl ittihamların səslənəcək. Lakin, bu o demək deyil ki, Azərbaycanı öz daxili məkanını təxribat və qeyri-qanuni fəaliyyətdən qorumaqdan çəkinəcək...
İslam
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın
-
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
XƏBƏR LENTİ
-
Nağıl kimi həyat başlayır: Sərvətinə sərvət qatacaq 3 bürc
-
Qara sarımsağın gizli faydaları
-
93 yaşı olsa da, nə əasası, nə də baxıcısı var: Səhərlər sadəcə bunu edir
-
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
-
Ağ ya da qırmızı deyilmiş: Ən sağlam soğan məlum oldu
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Kadir İnanırın sərvəti qalmaqal yaratdı
-
Lombardlara gipsdən hazırlanmış "iPhone" verən şəxs saxlanılıb - (Foto)
-
“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...” - Marin Le Pen
-
"ABŞ-də yanacağın qiymətinin kəskin artacağı gözlənilir"
-
"Matrisada nasazlıq": Cennifer Lopesin oxşarı həbs edildi - (Foto)
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
-
Günün qoroskopu: Sevdiyiniz insana qarşı daha anlayışlı olmağa çalışın
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib
-
Conidən haqqında yayılan xəbərlərə reaksiya - Yenilənib - (Video)
-
Polşada Azərbaycana qarşı təxribat - (Video)
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
"Teşkilat"ın yayım tarixi bilindi
-
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - (Video)
-
Bakının bu ərazilərində qaz kəsiləcək
-
Hüseyn əməliyyat olundu - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)





