Siyasət

Azərbaycan İranla İsrail arasında gərginlikdən narahatdır - XİN

14 Aprel 2024 14:43
Baxış: 1 390

Azərbaycan İran və İsrail arasında artan gərginlikdən dərin narahatdır.

Milli.Az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər Nazirliyi "X"dəki paylaşımında bildirib.

"Biz bütün tərəfləri təmkinli olmağa və Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirəcək təhlükəli eskalasiyadan qaçmağa çağırırıq", - XİN bildirib.

Qeyd edək ki, İran aprelin 14-də İsrailə qarşı hərbi əməliyyat keçirib. Əməliyyat zamanı İsrailə onlarla PUA və raket zərbələri endirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.