Siyasət

Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib - FOTO

10 Aprel 2024 08:05
Baxış: 797

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkədə Ramazan bayramı münasibətilə paylaşım edib.

Trend xəbər verir ki, instaqramdakı paylaşımda qeyd olunub:

"İnsanların qəlbini və düşüncəsini nurlandıran, onları xoş əməllərə dəvət edən müqəddəs Ramazan ayının başa çatması münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm! Bu mübarək bayram günlərində xeyirxah niyyətlərinizlə həmrəy olduğumu bildirirəm. Uca Allah etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin! Ramazan bayramınız mübarək!".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.