Siyasət

İlham Əliyev: Tarixi Zəfərimiz bütün azərbaycanlıları bir yumruq halına gətirir

1 Yanvar 2024 00:01
Baxış: 754

Tarixi Zəfərimiz - İkinci Qarabağ müharibəsindəki Zəfər, antiterror əməliyyatı, işğalçılardan azad olunmağımız, separatçı rejimin çökməsi bütün azərbaycanlıları haqlı olaraq bir araya, bir yumruq halına gətirir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirib.

"Dəmir yumruq" bizim Zəfər salnaməmizin rəmzi idi. Bu gün, eyni zamanda, "Dəmir yumruq" birliyimizin rəmzidir. Azərbaycan xalqını, bütün dünya azərbaycanlılarını əmin etmək istəyirəm ki, "Dəmir yumruq" hər zaman yerində olacaq", - deyə dövlətimizin başçısı qeyd edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.