Siyasət

İlham Əliyev keniyalı həmkarını təbrik edib

9 Dekabr 2023 15:08
Baxış: 692

Prezident İlham Əliyev Keniya Respublikasının Prezidenti Uillyam Samoei Rutoya məktub göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Keniya Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Bu il Azərbaycanın Keniyada Səfirliyinin fəaliyyətə başlaması ikitərəfli münasibətlərimizin yeni müstəviyə keçməsinin bariz nümunəsidir. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Keniya əlaqələrinin dostluq məcrasında inkişafı, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə əməkdaşlığımızın uğurla davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı çatdırır, dost xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.