Siyasət

XİN: AHİM Ermənistanın mövqeyini ifşa edib

28 Noyabr 2023 19:17
Baxış: 744

"Avropa İnsan Haqları Məhkəməsinin (AHİM) bu yaxınlarda qəbul etdiyi qərar Ermənistanın daha əvvəl işğal altında saxladığı Azərbaycan ərazilərində nəzarətinin və ya yurisdiksiyasının olmamasına dair uzunmüddətli mövqeyini ifşa edib".

Bu barədə xarici işlər nazirinin müavini Elnur Məmmədov "X" də yazıb.

O qeyd edib ki, AİHM-in 17 oktyabr 2023-cü il tarixli "Hovhannisyan və Karapetyan Ermənistana qarşı" işi üzrə verdiyi hökmdə Ermənistan Respublikasının vətəndaşları R.Hovhannisyanın və A.Sarqsyanın 2009 və 2008-ci illərdə Ermənistan ordusuna çağırıldıqları və "Dağlıq Qarabağ silahlı qüvvələri"nin 36 535 saylı hərbi hissəyə göndərildikləri qeyd edilib.

Bildirilib ki, 2010-cu ilin iyulunda hər iki hərbi qulluqçu öz hərbçi yoldaşları tərəfindən daxili insident nəticəsində qətlə yetirilib və öldürülən hərbçilərin valideynləri təzminat üçün Ermənistanı məhkəməyə verib.

E.Məmmədov yazıb ki, ki, məhkəmə artıq digər işlərdə Ermənistanın sözügedən ərazi üzərində yurisdiksiyası məsələsini araşdırıb və müəyyən edib ki, Ermənistan Qarabağ və ətraf ərazilər üzərində effektiv nəzarət həyata keçirib.

Nazirlik rəsmisi xatırladıb ki, Ermənistan o zamanlar işğal altında saxladığı Azərbaycanın ərazilərində törədilən istənilən cinayətə görə dövlət məsuliyyətindən qurtulmaq məqsədilə uzun müddət bu ərazilər üzərində heç bir nəzarəti və ya yurisdiksiyası olmadığı mövqeyində olub: "Diplomatik desək, AHİM Ermənistanın dürüst olmadığı qənaətinə gəlib".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.