Siyasət

Paşinyan Azərbaycanın işğaldakı 8 kəndindən danışdı

11 Oktyabr 2023 09:22
Baxış: 4 620

Azərbaycan 8 kənd məsələsini qaldırır, biz də öz növbəmizdə deyirik ki, bizim 8 kəndlə problemimiz var, çünki bizim həmin Tavuş rayonunda Azərbaycanın işğal etdiyi ərazilərimiz var: Berkaber, Aygehovit, Vazaşen, Paravakar və s.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Ermənistan baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Televiziyasına müsahibəsində deyib.

"Anklavlar mövzusunun müzakirəsi sadə səbəbdən qaçılmazdır, çünki 29 800 kvadrat kilometr əraziyə Artsvaşen də (Başkənd - red.) daxildir. Kim anklavlardan danışırsa, masanın üstünə bu anklavların mövcudluğunun nəyə əsaslandığını göstərən xəritə qoysun. Bu, sadə sual deyil", - o əlavə edib.

Qeyd edək ki, Paşinyanın Tavuş rayonunda saydığı kəndlərin heç biri Azərbaycanın nəzarətində deyil.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.