Siyasət

Bakının bundan sonrakı hədəfi Zəngəzur dəhlizidir - Abramyan

6 Oktyabr 2023 07:15
Baxış: 1 910

Azərbaycan "Zəngəzur dəhlizi" deyilən məsələni regional kommunikasiyaların açılması ilə əlaqələndirərək irəli sürməyə çalışır.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə oktyabrın 5-də Ermənistan parlamentində keçirilən ənənəvi brifinqdə "Şərəf duyuram" fraksiyasının katibi Tiqran Abramyan deyib.

Bu hal, onun fikrincə, İrəvanla Bakı arasında münasibətlərdə böyük maneə və gərginlik yaradır.

"Bölgəmizdə hərbi-siyasi nöqteyi-nəzərdən yaşadığımız gərginlik kifayət qədər ciddi şəkildə qalmaqda davam edir", - deyə Abramyan qeyd edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.