Siyasət

Rusiyadan Ermənistana tərs şillə

25 Sentyabr 2023 17:28
Baxış: 2 300

İrəvandakı etirazlara Paşinyanın komandasının məsuliyyətsiz yanaşması səbəb olub və onların Rusiya ilə əlaqəsi doğru deyil

Rusiya XİN Ermənistana sillə kimi cavab verib.

Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub ki, Ermənistanın baş naziri Nikol Paşinyan anti-Rusiya bəyanatları ilə günahı rəsmi Moskvanın üzərinə atmaq, məsuliyyətdən yayınmaq istəyir.

"Ermənistan rəhbərliyi Rusiya və Azərbaycanla ritmik işləməkdənsə, Qərbə üz tutdu".

Məlumatda bildirirlir ki, Paşinyanın dünənki çıxışlarında Rusiyaya qarşı qəbuledilməz məqamlar var:

"Əminik ki, Ermənistan hökuməti Rusiya ilə Ermənistan arasında çoxəsrlik və çoxtərəfli əlaqələri bilərəkdən pozmağa, ölkəni Qərbin geosiyasi oyunlarının girovuna çevirməyə cəhd etməklə böyük səhvə yol verir"

Həmçinin bildirilib ki, Rusiya-Ermənistan münasibətləri üçün dağıdıcı proseslər Qərb tərəfindən stimullaşdırılır və sistemli xarakter daşıyır:

"Ermənistan mediasında açıq-aşkar anti-Rusiya kampaniyası aparılır. Ermənistandakı etirazların Rusiyadan qaynaqlanması ilə bağlı iddiaların reallıqla heç bir əlaqəsi yoxdur".

İrəvandakı etirazlara Paşinyanın komandasının məsuliyyətsiz yanaşması səbəb olub və onların Rusiya ilə əlaqəsi doğru deyil, çünki Moskva "Qərbdən fərqli olaraq belə şeylərlə məşğul olmur".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.