Texnologiya

Əşyaların çatdırılmasında yeni üsul

25 Sentyabr 2023 17:04
Baxış: 834
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsraildə dronların sərbəst uçuşu ilə insanların əşyalarının bir nöqtədən digər nöqtəyə taksi formatında çatdırılmasında böyük uğurlar əldə edilib. Bu texnologiyanın Azərbaycanda tətbiqi üçün qanunvericilikdə dəyişiklik olunması istiqamətində qarşılıqlı əməkdaşlıq edirik.

Axar.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində Bakıda keçirilən "Milli iqtisadiyyatda 4-cü sənaye inqilabı texnologiyalarının tətbiqi"nə həsr olunmuş "Yeni nəsil iqtisadiyyatda Süni intellekt: çağırışlar və imkanlar" mövzusunda tədbirdə bildirib.

"Bununla yanaşı, Kolumbiyanın IV sənaye inqilabı mərkəzi ilə kənd təsərrüfatında dronların tətbiqi, əşyaların internetinin tətbiqi, həmçinin kənd təsərrüfatında məhsuldarlığın artırılması istiqamətində təcrübəni öyrənirik", - deyə o əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.