Siyasət

Yevlax görüşü nəticə verir - VİDEO

23 Sentyabr 2023 12:38
Baxış: 963

Yevlaxdakı dialoqdan bir gün sonra, bu gün Qarabağdakı erməni  sakinlərə ərzaq göndərildi.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün ərzaq yükünün göndərilməsi qərara alınıb. 

Bu gün müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil Ağdama gedib.

Avtomobillər Ağdam rayonu ərazisindən Xankəndiyə yola salınıb.

Fövqəladə Hallar Nazirliyi tərəfindən göndərilən yüklər artıq ünvana çatıb.

Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən göndərilən içərisində 40 ton unun olduğu olduğu 2 TIR isə  hələ də  Ağdam-Əsgəran-Xankəndi yolunda gözləyir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.