Siyasət

Paşinyan: “Sülh təkcə mümkün deyil, həm də...”

1 Avqust 2023 23:56
Baxış: 1 759

"Sülh təkcə mümkün deyil, həm də zəruridir. Bu mənim inamım, mövqeyimdir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu "Euronews" telekanalına müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

"Mən buna inanıram. Amma bunun baş verməsi üçün beynəlxalq ictimaiyyətin mühüm nüansları anlaması, bizim niyə sürətli templə irəliləmədiyimizi aydın şəkildə bilməsi vacibdir. İcazə verin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə Brüsseldəki sondan əvvəlki görüşümüzə qayıdaq. Azərbaycan Prezidenti İlham Əliyev ilə mən razılaşdıq, daha doğrusu, belə bir anlayışa gəldik ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıyır: Ermənistanın ərazisi 29 800 kvadrat kilometr, Azərbaycanın ərazisi isə 86 600 kvadrat kilometrdir", - deyə o qeyd edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.