Siyasət

İlham Əliyev Blinkeni Laçındakı silahlı təxribat və qaçaqmalçılıq barədə məlumatlandırıb

13 İyul 2023 11:50
Baxış: 1 169

Azərbaycan Prezidenti Prezident İlham Əliyev telefon danışığı zamanı ABŞ Dövlət katibi Antoni Blinkeni Laçın buraxılış məntəqəsində silahlı təxribat və qaçaqmalçılıq barədə məlumatlandırıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı Laçın sərhəd-gömrük buraxılış məntəqəsi vasitəsilə humanitar yüklərin, fərdi keçidlərin və tibbi təxliyənin normal qaydada təşkil olunmasına baxmayaraq, iyunun 15-də Ermənistan tərəfindən törədilmiş silahlı təxribatı və Beynəlxalq Qırmızı Xaç Komitəsinin müşayiəti ilə həyata keçirilən humanitar daşımalarda qaçaqmalçılıq hallarının aşkar edildiyini diqqətə çatdırıb və bu xüsusda araşdırmaların aparıldığını vurğulayıb.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.