Siyasət

Prezident: “Abşeron” qaz-kondensat yatağından ilkin qazın çıxarılması çox əhəmiyyətli hadisədir

11 İyul 2023 19:51
Baxış: 639

Bu günlərdə "Abşeron" qaz-kondensat yatağından ilkin qazın çıxarılması doğrudan da çox əhəmiyyətli hadisədir. Çünki bu günə qədər bizim ixracla bağlı əsas qaz resursumuz "Şahdəniz" qaz-kondensat yatağı idi.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə deyib.

Dövlətimizin başçısı bildirib: "Abşeron" qaz yatağı ilə bağlı bizim ümidlərimiz böyük idi. Bilirdik ki, "Abşeron" qaz-kondensat yatağı böyük ehtiyatları özündə ehtiva edir. Bir neçə gün bundan əvvəl mənə məlumat verildi ki, ilkin qaz hasil edildi, debitlər də çox yaxşıdır. Hətta bir quyudan "Şahdəniz" qaz yatağından da daha çox qaz və kondensat hasil edilir. ...Bu, bizim həm enerji təhlükəsizliyimizi daha yüksək səviyyədə təmin edəcək, həm də ixraca gedən qazın həcmi ildən-ilə artacaq - təkcə "Şahdəniz" yatağı hesabına deyil, o cümlədən "Abşeron" yatağı hesabına".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.