Siyasət

AZTV-nin əməkdaşlarına edilən mənfur hücuma işıq salmaq üçün bütün imkanlarımızdan istifadə edəcəyik - Fahrettin Altun

29 İyun 2023 20:45
Baxış: 1 110

AZTV-nin əməkdaşlarına edilən mənfur hücuma işıq salmaq üçün bütün imkanlarımızdan istifadə edəcəyik.

Milli.Az-ın TurkicWorld-a istinadən verdiyi məlumata görə, bu haqda Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun deyib.

"Biz gözləyirik ki, Fransa rəsmiləri və hüquq-mühafizə orqanları hücumun səbəbkarlarını dərhal müəyyənləşdirib məsuliyyətə cəlb edəcəklər. Avropanın insan hüquq və azadlıqlarının müdafiəsi kontekstində günü-gündən yüksəklik itirdiyini ortaya qoyan mətbuat və məlumat azadlığına edilən bu mənfur hücumu qətiyyətlə pisləyirik." - deyə o qeyd edib.

Fahrettin Altun bildirib ki, hücum zamanı yaralanan azərbaycanlı jurnalistlərə şəfalar diləyirik.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.