Siyasət

Azərbaycan Ordusu regionda 1 NÖMRƏ olmağa iddialıdır... - VİDEO

25 İyun 2023 13:53
Baxış: 1 077

Azərbaycan ordusu bundan sonra da ən müasir silahlarla təchiz olunacaq. Prezident İlham  Əliyev, Müzəffər Ali Baş Komandan ötən gün bir daha ordu quruculuğuna diqqət çəkərək bu istiqamətdə lazımi addımların atıldığını bildirdi.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, hərbi ekspert Üzeyir Cəfərov deyir ki, ölkə rəhbəri silahlı qüvvələrimizi daim diqqət mərkəzində saxlayır. Onun sözlərinə görə, vətən müharibəsində yüksək peşəkarlıq nümayiş etdirən ordumuz yeni inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin göstərişi ilə yeni yaradılan birləşmə və bölmələr, xüsusi təyinatlı qüvvələrin sayının artırılması ordumuzu daha da gücləndirib.

Üzeyir Cəfərov bildirib ki, Prezident İlham Əliyevin göstərişi ilə bu sahədə islahatların yeni proqram əsasında həyata keçirilməsi ordumuzun imkanlarını genişləndirəcək. Dünyada geosiyasi vəziyyətin gərginləşməsi, bölgəmizdə yeni təhdidlərin yaranması, Ermənistanda revanşist qüvvələrin baş qaldırması fonunda ordumuzun gücləndirilməsi üçün kompleks tədbirlərin görülməsi əsas məqsədlərdən biridir.

Ekspert əlavə edib ki, Azərbaycan ordusu qarşıya qoyulan ən çətin tapşırıqların öhdəsindən gəlmək gücündədir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.