Siyasət

"Bakı ilə İslamabad arasında uçuşların sayı artırılacaq" - VİDEO

15 İyun 2023 14:25
Baxış: 503

Azərbaycan və Pakistan şəhərləri arasında, xüsusilə də paytaxtlar arasında uçuşların sayı artırılacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında bildirib.

Pakistanın Baş naziri Şahbaz Şərifin bu səfərinin yaxşı nəticəsinin olacağını deyən dövlətimizin başçısı, həmçinin qeyd edib: "Təhsil sahəsində də böyük potensialı görürük. Bu gün Azərbaycanda Pakistandan olan 750 tələbə təhsil alır. Biz daha çox pakistanlı qardaşlarımızı burada görmək istəyirik. Eyni zamanda, Pakistanda təhsil alan azərbaycanlılar var və bu gün onlar müxtəlif sahələrdə təhsil alıb qayıdaraq ölkəmizə töhfələrini verirlər".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.