Siyasət

Medvedev İlham Əliyevə məktub göndərib

16 May 2023 19:20
Baxış: 1 589

Rusiya Federasiyasının Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Prezident İlham Əliyevə məktub göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyi münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizin atanız dünya tarixində görkəmli siyasi xadim, müasir Azərbaycan dövlətçiliyinin rəmzi kimi tanınıb. O, öz xalqının layiqli oğlu olaraq, yeni Azərbaycanın - beynəlxalq aləmdə müstəqil və praqmatik siyasətini həyata keçirən güclü, firavan respublikanın hazırkı inkişaf istiqamətinin əsasını qoymuşdur.

Rusiyada ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinin davamlı inkişafına Heydər Əliyevin böyük şəxsi töhfəsini yüksək qiymətləndirirlər.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və bundan sonra da müvəffəqiyyətlər, bütün Azərbaycan xalqına isə sülh və rifah arzulayıram".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.