Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısında dəyişiklik edilib.
Bu barədə baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliyə əsasən Laçın dövlət sərhədindən buraxılış məntəqəsi - (Laçın rayonu (Malxələf kəndinin yaxınlığı), Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında) həmin siyahıya daxil edilib.
Milli.Az