Baş nazirdən Laçın dövlət sərhəd buraxılış məntəqəsi ilə bağlı QƏRAR

4 May 2023 11:43

Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısında dəyişiklik edilib.

Bu barədə baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən Laçın dövlət sərhədindən buraxılış məntəqəsi - (Laçın rayonu (Malxələf kəndinin yaxınlığı), Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında) həmin siyahıya daxil edilib.

Milli.Az