Siyasət

"Ölkələrimizin Avropaya yaşıl enerji nəqli üçün nəhəng potensialı var"

7 Aprel 2023 16:30
Baxış: 494

Gürcüstan etibarlı tranzit ölkəsi, tranzit tərəfdaşıdır. Prezident İlham Əliyev qeyd etdiyi kimi, biz bu fəaliyyətimizi davam edirik, biz dincəlmirik.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında bildirib.

"Biz Qara dənizin dibi ilə elektrik kabeli aparacağıq, Orta Dəhliz layihəsini inkişaf etdiririk", - deyən Gürcüstanın Baş naziri deyib ki, yaşıl enerjini Avropaya nəql etmək üçün ölkələrimizin nəhəng potensialı var. Hər iki ölkə bu sahəyə daha çox sərmayə qoyacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.