Siyasət

Qaribaşvili: Azərbaycan təkcə qonşumuz və dostumuz deyil, həm də mühüm strateji tərəfdaşımızdır

7 Aprel 2023 16:18
Baxış: 719

Bizim dostluğumuzun uzunəsrlik tarixi var. Azərbaycan bizim təkcə qonşumuz və dostumuz deyil, həm də mühüm strateji tərəfdaşımızdır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında söyləyib.

Baş nazir qeyd edib: "Uzun illər ərzində biz müxtəlif sahələrdə tarixi layihələr həyata keçirmişik. Həmin layihələr xalqlarımızı, ölkələrimiz daha sıx birləşdirdi. Biz yaxşı mənada bir-birimizdən asılıyıq və əminəm ki, bundan sonrakı uzun illər boyu da belə olacaq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.