Siyasət

İlham Əliyev Xorvatiyanın sabiq Prezidentini qəbul edib

11 Mart 2023 12:50
Baxış: 1 026

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviçi qəbul edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə X Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunuldu, bu tədbirdə iştirak edən nüfuzlu qonaqların sayının ilbəil artdığı vurğulandı. Dünya gündəmində duran aktual məsələlərin müzakirəsi baxımından bu beynəlxalq platformanın çox mühüm rol oynadığı bildirildi.

Söhbət zamanı dövlətimizin başçısı ilə Xorvatiyanın sabiq Prezidentinin görüşləri xatırlandı, Azərbaycan-Xorvatiya ikitərəfli münasibətlərinin uğurlu inkişafı qeyd edildi.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.