Siyasət

Paşinyan Qarabağı gündəmdən bu cür çıxarır

3 Mart 2023 07:11
Baxış: 1 047

Paşinyan və komandası Ermənistanın daxili gündəmindən Qarabağ mövzusunu çıxarır. Dünən müxalifət fraksiyalarının iştirak etmədiyi növbəti hökumət saatında Qarabağla bağlı yalnız bir sual verilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Hraparak" məlumat yayıb.

"Deputat Emma Petrosyan sülh müqaviləsinin, daha dəqiq desək, Ermənistanın Azərbaycana təqdim etdiyi təklifin taleyi ilə bağlı sual verib və buna cavab olaraq Paşinyan bildirib ki, Azərbaycan ona təqdim olunan sülh sazişi layihəsinə hələ cavab verməyib. Əvəzində təxminən saat yarım ərzində demokratiya, polisdə islahatlar, təhsil və səhiyyə, cinsiyyətə görə abortun qadağan olunması məsələsinə qədər müzakirələr aparıblar", - məlumatda deyilir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.