Alyaska ştatında 6,0 bal gücündə zəlzələ qeydə alınıb.
Milli.Az xəbər verir ki, məlumatı ABŞ Geoloji Xidməti yayıb.
Agentliyin məlumatına görə, yeraltı təkanların episentri Ankoricdən 59 kilometr şimal-qərbdə olub, ocağı isə 69,4 kilometr dərinlikdə yerləşib.
Tələfat və ya dağıntı barədə hər hansı məlumat daxil olmayıb.
Milli.Az





