Prezident “AZWOOL” mineral daş yunu zavodunun açılışında iştirak edib - VİDEO - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Qaradağ rayonunda "Matanat-A" şirkətinin "AZWOOL" mineral daş yunu zavodunun açılışında iştirak edib.
Milli.Az xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov və "Matanat-A" şirkətinin Müşahidə Şurasının sədri Elxan Bəşirov dövlətimizin başçısına zavodun fəaliyyəti barədə məlumat verdilər.
Prezident İlham Əliyevə əvvəlcə əsası 2000-ci ildə qoyulan "Matanat-A" şirkəti barədə məlumat verildi. İnşaat materiallarının istehsalı sektorunda 25 ildir fəaliyyət göstərən şirkətin tərkibinə "Matanat A" Quru İnşaat Qarışıqları, AĞDAĞ gipskarton və gips əsaslı məhsulların istehsalı, AZERLİME Əhəng, Avadanlıq və dəzgahların istehsalı və ELBERG maşınqayırma zavodları daxildir. Şirkətin müəssisələrində ümumilikdə 1000-ə yaxın iş yeri yaradılıb.
Ərazisi 10 hektar olan "AZWOOL" mineral daş yunu zavodunda ABŞ, Almaniya və Türkiyədə istehsal edilən müasir avadanlıqlar quraşdırılıb. Zavodun illik istehsal gücü 1,5 milyon kubmetr mineral daş yunudur. Müəssisədə məhsullar əsasən yerli xammaldan hazırlanır.
Mineral daş yunu zavodunun investisiya dəyəri 43 milyon manatdır. Layihənin reallaşdırılması üçün İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 10 milyon manat güzəştli kredit ayrılıb. Bununla yanaşı, müəssisə investisiya təşviqi sənədi ilə texnika, texnoloji avadanlıq və qurğuların idxalı zamanı təxminən 4 milyon manat güzəşt əldə edib. Zavodda 180 iş yeri yaradılıb.
Tikinti sektorunda istifadə olunan, ekoloji cəhətdən təmiz mineral daş yunu istilik və səs izolyasiyasını təmin etməklə yanaşı, enerjiyə qənaətə imkan yaradır. Mineral daş yunu Azərbaycanda rəqabət üstünlüyünə malik yerli məhsullardan biridir. Ona daxili və xarici bazarda böyük tələbat var. Zavodun açılışı yerli istehsalın təşviqi, daxili bazarın tələbatının ödənilməsi və xarici bazarda Azərbaycan məhsullarının rəqabət qabiliyyətinin artırılmasına xidmət edəcək. Müəssisə ölkəmizin mineral daş yununa tələbatını ödəməklə yanaşı, idxaldan asılılığı əhəmiyyətli dərəcədə azaldacaq. Həmçinin burada istehsal olunan məhsullar Gürcüstana, MDB və Yaxın Şərq ölkələrinə ixrac ediləcək.
Prezident İlham Əliyev "Matanat-A" şirkətinin müəssisələrində istehsal edilən məhsullarla da tanış oldu. Bildirildi ki, şirkətin zavodlarında 200-dən artıq ticarət markası ilə 3 mindən çox çeşiddə məhsul istehsal edilir. Məhsullar daxili təlabatı ödəməklə yanaşı, "Made in Azerbaijan" brendi ilə Qazaxıstan, Gürcüstan, İraq, Ukrayna, Özbəkistan və digər xarici ölkələrə ixrac olunur.
Dövlətimizin başçısı zavodu işə saldı.
Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qeyri-neft sektorunun şaxələndirilməsi və inkişafı istiqamətində aparılan işlər nəticəsində ölkəmizdə yeni-yeni istehsal sahələri yaradılır. Bütün bunlar isə, eyni zamanda, yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artırılmasına böyük töhfə verir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi
-
XİN ABŞ və İran arasında əldə olunmuş razılaşmanı alqışlayıb
-
"Razılaşma olmasa, zərbələr bərpa edilə bilər" - Tramp
-
Türkmənistan Prezidentinin Azərbaycana səfəri nəzərdə tutulur
-
ABŞ və İranın razılaşdırdığı memorandum 14 maddədən ibarətdir - TAM SİYAHI
-
Ərdoğan ABŞ-İran razılaşmasından yazdı
XƏBƏR LENTİ
-
Sabah Məhərrəm ayı başlayır
-
Zaqatalada ağır qəza: Bir nəfər öldü
-
Həftəsonu 83 axtarışda olan şəxs saxlanılıb
-
Müdafiə naziri Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
-
Hakan Fidan Rusiyaya səfər edəcək
-
Bakıda narkokuryer saxlanıldı
-
Azərbaycan vasitəsilə Ermənistana buğda göndərildi - YENİLƏNİB
-
Sumqayıtda oğurluq edən qadın saxlanıldı
-
Efiopiyada ağır qəza: 28 nəfər öldü
-
16 ölkədə yüzlərlə yeni meymunçiçəyi halı aşkarlandı
-
Bacısını qətlə yetirən şəxs cəzadan azad edildi
-
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi
-
Dövlət Məşğulluq Agentliyi fəaliyyət göstəricilərini açıqladı
-
Baş nazir Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
-
İzabel Akosta evində ölü tapıldı
-
Cennifer Lopez boşandığı ərindən danışıb kövrəldi
-
Bakıda torpaq bazarında yeni qiymətlər açıqlandı
-
Xəstəxanaya yerləşdirilən Flora Kərimova ilə arxiv FOTOsunu yaydı
-
Mahir Emreli üçün “Kayzerslautern”ə təklif göndərdilər
-
"Kaş meyxana deməzdik" - Aydın Xırdalanlı barədə ETİRAF
-
Norveç şahzadəsinin oğlu həbs edildi - FOTO
-
İlk dəfə tısbağa görən pişiyin reaksiyası gülüş doğurdu - VİDEO
-
Sabah Bakıda 31 dərəcə isti olacaq
-
Bakıda 80 yaşlı qadının hovuz görüntüləri gündəm oldu - VİDEO





