Məşhur xanəndə: "O ampula olmasaydı, bu gün həyatda yox idim" - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xanəndə Aytən Məhərrəmova qəbul etdiyi dərmanlardan sonra səhhətinin qəfil pisləşdiyini açıqlayıb.
Milli.Az xəbər verir ki, sənətçinin sözlərinə görə, vəziyyəti ağırlaşdıqdan sonra təcili tibbi yardım çağırılsa da, əraziyə girişin çətin olması səbəbindən briqadanın hadisə yerinə vaxtında çatması mümkün olmayıb. Daha sonra qonşuların köməyi ilə şəxsi avtomobillə yola çıxaraq təcili yardım əməkdaşları ilə görüşüblər.
Aytən Məhərrəmova bildirib ki, həmin vaxt Şəkidən qonaq çağırdığı tanışlarından birinin tibb bacısı olması onun həyatını xilas edib. Xanəndənin sözlərinə görə, tibb bacısının üzərində şok əleyhinə ampula olub və dərhal müdaxilə edilib.
İfaçı qeyd edib ki, həmin ampula olmasaydı, xəstəxanaya və ya təcili yardım briqadasına çatmağın mümkün olub-olmayacağını bilmir. O, vəziyyətinin tamaşada ifa etdikdən sonra pisləşdiyini də əlavə edib.
Xanəndə yaşadığı hadisəni həyatında ikinci dəfə ölüm təhlükəsi ilə üz-üzə qalması kimi dəyərləndirib və ona yardım edən tibb bacısı Elnarəyə xüsusi təşəkkürünü bildirib.
"Təcili yardım çağırdıq, gələ bilmədi. Ora yol yox idi, çıxa bilməyəcəkdi. Qonşulardan birini tapdılar, mənim maşınımı sürdü. Təcili yardımla rastlaşıblar, məni o maşına mindirdilər. Bir az özümə gələ bildim.
Təsadüfən Şəkidən dostlarımı çağırmışdım ki, gəlsinlər. Onlardan biri də tibb bacısı idi. Yaxşı ki, üstündə şok əleyhinə dərman vardı. Bir ampula üstündə olub. O ampula olmasaydı, mən nə təcili yardıma çatardım...
"Tamaşalı"nı oxuyandan sonra pisləşmişdim. Allah heç kimə göstərməsin. Həmin tarix mənim ikinci dəfə həyata dönüşüm oldu. Bizdə olan tibb bacısı Elnarəyə salam göndərirəm. Göydə Allah, yerdə o mənim həyatımı xilas etdi. İnsanlara deyirəm ki, mənim kimi bilgisiz şəkildə B qrupu vitamini vurdurmasınlar. Mənim əvvəl aldığım sistemin tərkibində onun əvəzedicisi kimi vermişdilər mənə".
Aytən Məhərrəmova eyni zamanda insanlara xəbərdarlıq edərək, həkim məsləhəti olmadan müxtəlif vitamin və preparatlardan istifadə etməməyi tövsiyə edib. Onun sözlərinə görə, problem daha əvvəl qəbul etdiyi sistemin tərkibində verilən B qrupu vitamini əvəzedicisi ilə bağlı yaranıb.
Musa
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





