Şou-biznes

Flora Kərimovanın son vəziyyəti açıqlandı

14 İyun 2026 18:40
Baxış: 475
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Xalq artisti Flora Kərimovanın səhhəti ilə bağlı son vəziyyət açıqlanıb.

Milli.Az xəbər verir ki, bu barədə Musavat.com-a sənətkarın köməkçisi Yaqut İmanova məlumat verib.

O, bildirib ki, hazırda müğənninin vəziyyəti yaxşıdır:

"Flora xanımın vəziyyəti yaxşıdır. Qızı Londondan gəlib, xəstəxanada onun yanındadır. Səhhətində hər hansı narahatlıq yoxdur".

Y.İmanovanın sözlərinə görə, Xalq artistinin sabah xəstəxanadan evə buraxılması gözlənilir.

Qeyd edək ki, Flora Kərimova bir neçə gündür xəstəxanada müalicə alır. Onun müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.

Köməkçisinin sözlərinə görə, sənətkarın ürəyi ilə bağlı sağlamlıq problemləri mövcuddur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.