Bakıda 14-cü Özəl Sektor Forumu keçiriləcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İslam İnkişaf Bankı (İİB) Qrupuna daxil olan qurumlar - İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası (ICIEC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) və Beynəlxalq İslam Ticarətinin Maliyyələşdirilməsi Korporasiyası (ITFC) İİB Qrupunun Biznes Forumu (THIQAH) ilə tərəfdaşlıq çərçivəsində 16-19 iyun 2026-cı il tarixlərində Bakıda 14-cü Özəl Sektor Forumunu (PSF 2026) keçirəcək.
Milli.Az xəbər verir ki, İİB Qrupunun İllik Toplantıları çərçivəsində təşkil olunacaq tədbir Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında, İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) tərəfdaşlığı ilə Bakı Konqres Mərkəzində baş tutacaq.
"Dayanıqlı Rifah naminə Regional İnteqrasiya" mövzusuna həsr olunan PSF 2026-nın əsas məqsədi davamlı iqtisadi artımın təşviqi, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, həmçinin İİB-ə üzv ölkələr arasında strateji əməkdaşlığın gücləndirilməsidir.
Forum regional dəyər zəncirlərinin inkişafı və iqtisadi dayanıqlılığın artırılması istiqamətində mühüm platforma rolunu oynayacaq. Tədbir çərçivəsində iştirakçılar yeni biznes imkanlarını müzakirə edəcək, təcrübə mübadiləsi aparacaq və üzv dövlətlər arasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsi yollarını nəzərdən keçirəcəklər.
PSF 2026-da transsərhəd investisiyalar və ticarət əlaqələri ilə yanaşı, infrastruktur, energetika, texnologiya, səhiyyə və maliyyə sektorlarında yaranan yeni imkanlar da diqqət mərkəzində olacaq. Forumun proqramına yüksək səviyyəli dialoqlar, B2B və B2G görüşləri, startap proqramları və bilik mübadiləsi sessiyaları daxildir.
Tədbirin məqsədləri arasında dövlət-özəl sektor tərəfdaşlığının möhkəmləndirilməsi, sahibkarların və kiçik və orta biznes subyektlərinin dəstəklənməsi, həmçinin innovasiyaya əsaslanan iqtisadi inkişafın təşviqi yer alır.
Forumda yüksək vəzifəli dövlət rəsmilərinin, yerli və beynəlxalq şirkət rəhbərlərinin, çoxtərəfli inkişaf institutlarının, ticarət və sənaye palatalarının, biznes assosiasiyalarının, investisiya təşviqi agentliklərinin, investorların, sahibkarların və maliyyə qurumlarının nümayəndələrinin iştirakı gözlənilir. Ümumilikdə tədbirin 1500-dən çox iştirakçını bir araya gətirəcəyi bildirilir.
Panel müzakirələri və əsas çıxışlarla yanaşı, tədbir çərçivəsində tərəfdaşların layihə və investisiya imkanlarını təqdim edə biləcəyi xüsusi sərgi zonası fəaliyyət göstərəcək. Həmçinin innovativ biznes ideyalarının dəstəklənməsi məqsədilə startap müsabiqəsi təşkil olunacaq.
Forum zamanı iqtisadi inkişaf və ticarətin asanlaşdırılması sahəsində fərqlənən təşkilat və şəxslərə İİB Qrupunun Fərqlənmə Mükafatları dördüncü dəfə təqdim ediləcək.
PSF 2026-da ICIEC-nin baş icraçı direktoru və ICD-nin müvəqqəti baş icraçı direktoru Dr. Xalid Xələfalla, eləcə də ITFC-nin baş icraçı direktoru mühəndis Ədib Yusuf Əl Aama daxil olmaqla, İİB Qrupunun rəhbər şəxsləri iştirak edəcəklər. Onlar sənaye nümayəndələri və ekspertlərlə birlikdə investisiya və ticarət sahəsində əməkdaşlığın genişləndirilməsinə dair fikir və təcrübələrini bölüşəcəklər.
Forum barədə ətraflı məlumatı tədbirin rəsmi internet səhifəsindən əldə etmək mümkündür.
DİGƏR XƏBƏRLƏR
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb
-
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək
-
Bakı-Tbilisi qatarlarında yenilik - 1 noyabrdan
XƏBƏR LENTİ
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
Röya: “Baldır Yar” - (Foto/Video)
-
Əməliyyatdan sonra ölən 44 yaşlı kişi ilə bağlı açıqlama
-
ANAMA əməkdaşını Ağdərədə ilan vurdu
-
"Botoksdan sonra udquna, başımı qaldıra bilmirdim" - Nərgiz Mirbabayeva
-
"Fənərbaxça" Bakıya gəlib - (Foto/Video)
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Ruslan Eyyubovla birgə tutulanların hamısı ev dustaqlığına buraxıldı
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib





