İdman

İnfantinonun zarafatı italiyalı nazirin xoşuna gəlmədi

14 İyun 2026 00:02
Baxış: 444
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İtaliyanın idman naziri Andrea Abodi FIFA prezidenti Canni İnfantino ilə əlaqə saxlamağı planlaşdırır. Buna səbəb qurum rəhbərinin ardıcıl olaraq artıq üçüncü dəfə dünya çempionatından kənarda qalan İtaliya yığması barədə ironiyalı açıqlaması olub.

Milli.Az xəbər verir ki, müvafiq məlumatı iyunun 13-də ANSA agentliyi yayıb.

İnfantino müsahibələrinin birində belə bir zarafat səsləndirib: "Əgər 64 komanda iştirak etsəydi, İtaliya yəqin ki, seçmə mərhələni adlaya bilərdi. Bəlkə də, iştirakçıların sayını 208-ə çatdırmaq lazımdır".

A.Abodi qeyd edib ki, İtaliya ilə Meksika arasındakı coğrafi uzaqlığı nəzərə alaraq, məsələni aydınlaşdırmaq üçün ən uyğun yol telefon zəngidir.

"Onun bu barədə şəxsi mövqeyini birbaşa özündən eşitmək mənim üçün maraqlıdır", - deyə nazir qeyd edib./Oxu.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.