Ölkə

Abşeron xəstəxanasında "monopoliya" iddiası: 1 həkim 1 günə 121 xəstəni necə qəbul edir? - ARAŞDIRMA - FOTO

9 İyun 2026 11:40
Baxış: 605
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bir müddət əvvəl Abşeron Rayon Mərkəzi Xəstəxanasının qalmaqallı direktoru Səkinə Sadıxova vəzifəsindən azad olunsa da, xəstəxanada Səkinə xanımın izləri hələ də qalmaqdadır. 

Dövlət tibb müəssisələrində hər həkimin ixtisasından asılı olaraq təyin edilən günlük xəstə limiti var. Abşeron Rayon Mərkəzi Xəstəxanasında isə bu limitlər birtərəfli qaydada pozulub.

Milli.Az-ın əldə etdiyi məlumata görə, Abşeron Rayon Mərkəzi Xəstəxanasında bir gündə 121 xəstə qəbul edən həkim var. Xüsusi vurğulamaq lazımdır ki, bir həkimin bu qədər xəstə qəbul etməsinə əsas səbəb heç də həkim çatışmazlığı deyil, digər həkimlərin xəstə qəbul etməsinə şərait yaradılmır.

Abşeron RMX-da şöbə müdiri olan həkimlər xəstəxana daxilində "monopolya" yaradaraq xəstələrin əsas hissəsini özləri qəbul edirlər. 

Məsələn, xəstəxananın terapiya şöbəsinin müdiri həkim-terapevt Rəsmiyyə Atakişiyeva təkcə ötən gün ərzində 121 xəstə qəbul edib. Terapiya şöbəsində də ən çox xəstə məhz Rəsmiyyə xanımın payına düşür. Stasionar şəraitdə müalicə olunanlardan 14-ü xəstə Rəsmiyyə Atakişiyevanın xəstəsidir. 

 

Şöbədə olan digər həkimlərin isə xəstələri ya ümumiyyətlə yoxdur, ya da 1-2 nəfərdir. 

Xəstaxanadakı digər şöblərdə də bənzər statistika hökm sürür, stasionar müalicəyə cəlb olunan xəstələrin çox hissəsi eyni həkimlər (şöbə müdirləri) arasında bölüşdürülür. 

Məsələn:

Nevropatoloq Mətanət Hüseynova - 7 xəstə
Kardiloq Nurtac Ağazadə - 9 xəstə

1 həkimin 1 günə 121 xəstə qəbul etməsi fiziki cəhətdən (hər xəstəyə 3-5 dəqiqə düşür) qeyri-mümkündür. Bəs şöbə müdirləri niyə bu qədər xəstəyə baxmaq üçün canfəşanlıq edirlər? 

Bu hallar əsasən İcbari Tibbi Sığorta (İTS) vəsaitlərini qeyri-qanuni mənimsəmək məqsədilə qurulan saxtakarlıq sxemləri nəticəsində baş verir. Sadə formada desək, rəsmi qaydada daha çox xəstəsi olan, daha çox pul qazanır.

Abşeron Rayon Mərkəzi Xəstəxanasının hazırki baş həkimi Fərrux Sədirov isə aparılan balansız xəstə bölgüsünə heç bir müdaxilə etmir.

Məsələ burasındadır ki, digər həkimlərə qarşı haqsızlıq tək xəstə bölgüsü ilə yekunlaşmır. Gecə növbələrinin bölüşdürülməsi zamanı da həkimklər şöbə müdirləri tərəfindən haqsızlığa məruz qalırlar. 

Məsələn 14 yataq xəstəsi olan şöbə müdiri Rəsmiyyə Atakişiyeva heç bir halda gecə növbəsinə qalmır, heç bir xəstəsi olmayan digər həkimlər isə ard-arda gecə növbəsinə qalmalı olurlar. 

Xatırladaq ki, bir neçə həftə öncə Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktor təcrübəli cərrah Hacı Lətifov təyin edilib. Ümid edirik ki, Səhiyyə sistemində aparılan islahatların tərkib hissəsi olaraq, tezliklə Abşeron Rayon Mərkəzi Xəstəxanasında da dəyişikliklər olacaq. 

Məsələ ilə bağlı TƏBİB-ə sorğu göndərilib.

Mehman Əsədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.