Ölkə

Flora Kərimova Birinci vitse-prezident Mehriban Əliyevaya müalicəsinə göstərdiyi xüsusi diqqətə görə təşəkkür edib - FOTO

13 İyun 2026 22:32
Baxış: 516
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycanın Xalq Artisti Flora Kərimova Birinci Vitse-prezident Mehriban Əliyevaya müalicəsinə göstərdiyi xüsusi diqqətə görə təşəkkürünü bildirib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə F.Kərimovanın ögey qızı Yaqut İmanova məlumat verib.

Xalq artisti səhhətindəki problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilib və Birinci vitse-prezident Mehriban Əliyeva Flora Kərimovanın müalicəsini öz nəzarətinə götürüb.

Bundan əlavə, F. Kərimovanı Azərbaycan Respublikası Prezidentinin köməkçisi və Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov ziyarət edib. Ona xalq artistinin müalicəsinin gedişi barədə məlumat verilib.

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.