Dünya

İzabel Akosta evində ölü tapıldı

15 İyun 2026 13:42
Baxış: 419
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Meksikalı gənc futbolçu İzabel Akosta Ernandesin ölümü ilə bağlı araşdırmalar davam edir.

Milli.Az xəbər verir ki, 19 yaşlı qapıçı iyunun 9-da Sinaloa ştatının Masatlan şəhərində yerləşən evində huşsuz vəziyyətdə tapılıb. Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları onun həyatını xilas edə bilməyiblər.

İlkin araşdırmalar zamanı meyit üzərində zorakılıq və ya boğulma əlamətlərinin aşkarlanmadığı bildirilib. Hüquq-mühafizə orqanları hadisənin başvermə səbəblərini müəyyənləşdirmək üçün istintaq tədbirlərini davam etdirir.

Qeyd edək ki, İzabel Akosta Ernandes qapıçı mövqeyində çıxış edirdi və qısa müddət əvvəl Meksika çempionatının üçüncü divizionunda mübarizə aparan komandalardan birinə transfer olunmuşdu.

Futbolçunun ölüm səbəbi hələlik açıqlanmayıb.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.