İdman

“Uşaqlıqdan Musada böyük istedad olmayıb” - Əmisi

27 Noyabr 2025 19:42
Baxış: 417
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun qardaşı, veteran futbolçu Musa Qurbanov maraqlı açıqlaması ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, o, Futbolinfo.az saytına müsahibəsində qardaşı oğlu, adaşı Musa Qurbanlının böyük istedada malik olmadığını bildirib.

"Hələ ki yolun başlanğıcındadır. Bilirsiniz, bir var fitri istedad, bir də var mənim kimi, Qurban kimi əməksevərliklə bu səviyyəyə ucalmaq. Elə Musada da uşaqlıqdan böyük istedad olmayıb. Amma o qədər futbola həvəsi olub ki... Musa, bəlkə də, günün yarısını məşqdə keçirib. Elə indi də belədir. Güc və sürət cəhətdən elə uşaqlıqdan onda çatışmazlıqlar olub. Amma oyun zəkası və futbol biliyi yaxşıdır. Mən inanıram ki, onun karyerasının parlaq dövrləri hələ qabaqdadır", - deyə o, söyləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.