Ölkə

"Biz Trend BİA-nın xəbərlərini çox yaxından izləyirik" - Alptekin Cihangir İşbilir

27 Noyabr 2025 21:02
Baxış: 237
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə və Azərbaycan xəbər agentlikləri arasında əlaqələr hər ötən gün daha da inkişaf edir. Bu məsələlərdə Trend Beynəlxalq İnformasiya Agentliyinin çox önəmli bir payı var.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir Türk Dövlətləri Təşkilatının Media Forumu çərçivəsində baş tutan "Rəqəmsal media mühitində TDT-yə üzv dövlətlərin qarşılıqlı əməkdaşlıq imkanları" mövzusuna həsr olunan ikinci panel sessiyada çıxışı zamanı deyib.

Alptekin Cihangir İşbilir xatırladıb ki, Trend Beynəlxalq İnformasiya Agentliyi həm "Albayrak" Media Qrupu, həm "Demirören" İnformasiya Agentliyi ilə çox güclü əməkdaşlıq mexanizmi həyata keçirir və ortaq istehsal həyata keçirir:

"Biz Trend Beynəlxalq İnformasiya Agentliyinin xəbərlərini, "Azernews" qəzetini, "TurkicWorld" platformasını çox yaxından izləyirik. Bu əməkdaşlığın daha yüksək səviyyələrdə inkişaf etdirilməsi üçün Türkiyənin Azərbaycandakı Səfirliyinin Mətbuat müşavirliyi olaraq üzərimizə düşəni etməyə çalışırıq".

Mətbuat müşaviri bildirib ki, Trend-in "TurkicWorld" layihəsi Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin bütün media orqanları üçün çox gözəl modeldir:

"Bu model ilk növbədə həm analoq, həm də rəqəmsal mediada tətbiq edilməli, örnək alınmalıdır. Trend-in ərsəyə gətirdiyi bu əməkdaşlıq modeli bütün türk ölkələrinin xəbər agentlikləri üçün də bu istiqamətdə müxtəlif layihələrin keçirilməsində baza rolunu oynaya bilər".

A.C.İşbilir vurğulayıb ki, Trend-lə "Albayrak", "Demirören" və digər agentliklərin əməkdaşlıq modeli sadəcə Azərbaycan və Türkiyə çərçivəsində əhatələnməməlidir:

"Bu, eyni zamanda digər türk dövlətlərində də tətbiq edilməlidir. Türk dövlətlərinin digər agentlikləri ilə də eyni səviyyədə bağlantılar qurulmalıdır.

Mən bu modeldən örnək götürüləcəyini düşünürəm. Bu, Türk Dövlətləri Təşkilatının vahid media agentliyi kimi dezinformasiya ilə mübarizə mexanizminin qurulmasında da örnək olmalıdır".

O, sonda Trend Beynəlxalq İnformasiya Agentliyini həm türk dünyasına göstərdiyi xidmətlər, həm də Azərbaycan-Türkiyə media əlaqələrinin inkişafına verdiyi faydalara görə təbrik edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.