Hadisə

Sayğac oğruları saxlanıldı - FOTO

27 Noyabr 2025 18:13
Baxış: 325
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Abşeron rayonunda talama faktları qeydə alınıb. Xırdalan şəhər sakini olan iki vətəndaş polisə müraciət edərək gecə saatlarında evlərindən qaz sayğaclarının oğurlandığını bildiriblər.

Milli.az xəbər verir ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən, keçmişdə də məhkum olunmuş 35 yaşlı R.Abbasov müəyyən olunaraq saxlanılıb.

Paytaxtın Nəsimi rayonunda isə zərərçəkənlərin evlərinin qarşısından ümumi dəyəri 1440 manat olan skuter və velosiped oğurlamaqda şübhəli bilinən 25 yaşlı M.Cəfərov və 23 yaşlı A.Poladov da polis tərəfindən saxlanılıblar.

Faktlar üzrə araşdırmalar aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.