Cəmiyyət

Səidə Bəkirqızının veriliş zamanı halı PİSLƏŞDİ: Xəstəxanaya yerləşdirilib

27 Noyabr 2025 13:26
Baxış: 882
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tanınmış jurnalist və televiziya aparıcısı Səidə Bəkirqızının verilişin çəkilişi zamanı səhhəti qəfil pisləşib və studiyada yıxılıb.

Milli.Az xəbər verir ki, hadisə yerində dərhal çəkiliş komandası tərəfindən Təcili Tibbi Yardım briqadası çağırılıb.

Həkimlərin ilkin yardım göstərməsindən sonra Səidə Bəkirqızı təcili yardım maşını ilə "Kəpəz" Klinikasına aparılıb və xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyətinin pisləşməsinə səbəb hələ də müəyyən edilməyib.

Aparıcının səhhəti ilə bağlı ətraflı məlumatın yaxın saatlarda açıqlanacağı bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.