Ölkə

Əxlaqsız şəkillər göndərənlər cərimələnsin - Deputatdan təklif

27 Noyabr 2025 15:22
Baxış: 713
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada arzu olunmayan intim şəkillərin göndərilməsinə görə cərimə tətbiq etmək təklif edilib.

Milli.Az xəbər verir ki Dövlət Dumasında intim xarakterli şəkillərin icazəsiz göndərilməsinə görə inzibati məsuliyyət yaratmaq təklifi irəli sürülüb.

Bu təşəbbüs barədə məlumat parlament üzvlərinin hazırladığı və sədr müavini Vladislav Davankovun imzaladığı məktubda yer alıb və sənəd ədliyyə naziri Konstantin Çuyçenkoya göndərilib.

Sənəddə qeyd edilir ki, qanunda olan boşluğu doldurmaq vacibdir və İnzibati Xətalar Məcəlləsinə vətəndaşa onun razılığı olmadan intim məzmunlu şəkil göndərilməsini ayrıca pozuntu kimi daxil etmək lazımdır. Bu hal cinayət tərkibi daşımadığı müddətdə inzibati məsuliyyət kimi nəzərdə tutulmalıdır.

Deputatların sözlərinə görə qadınlardan gələn şikayətlərin sayı artıb. Xüsusilə belə halların ictimai yerlərdə baş verdiyi vurğulanır. Məsələn metroda bənzər materiallar simsiz bağlantı vasitəsilə göndərilir.

Parlament üzvləri bildirirlər ki belə şəkilləri alan insanlar stress yaşayır. Lakin onlar qanunda müvafiq müddəanın olmaması ucbatından hüquq mühafizə orqanlarına müraciət etmir. Məhkəmələr nadir hallarda intim şəkillərin göndərilməsini pornoqrafiyanın yayılması kimi qiymətləndirir. Tək bir dəfə şəkil göndərilməsinə görə cinayət işi açılması isə hadisənin ictimai təhlükəlilik dərəcəsi ilə uyğun hesab edilmir.

Deputatların fikrincə bunun nəticəsində rusiyalılar rəqəmsal təcavüzkarlıqdan müdafiəsiz qalırlar.

İsmayıl
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.