Cəmiyyət

Nəyisə almaq eşqinə düşəndə 24 saat gözləyin - Ekspertdən qızıl qayda

28 Noyabr 2025 03:03
Baxış: 625
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Artıq lazım olmayan geyim alışını dayandırmaq üçün ağıllı və planlı garderob qurmaq tövsiyə olunur.

Milli.Az xəbər verir ki, bu barədə rusiyalı ekspert Mariya İvatkina danışıb.

İvatkina bildirib ki, çox insanın şkafı doludur, amma geyinəcəyi uyğun paltar tapmır. Bunun səbəbi aqressiv marketinq və impulsiv alış vərdişidir.

Çıxış yolu rəqəmsal və fiziki garderobun tam auditi aparmaqdır. Yəni, paltarları üç qrupa ayırmaq lazımdır: bəyəndiklərin və istifadə etdiklərin, şübhəli olanlar və artıq əlvida deməli olduğunlar. Uyğun gəlməyən, köhnəlmiş və ya zədələnmiş paltarları xeyriyyə məqsədi ilə bağışlaya, sata və ya emala göndərmək olar.

Ekspert əlavə edib ki çox alış etməyimizin səbəbi öz ehtiyaclarımızı düzgün müəyyən etməməkdir. Məsələn, uşaqlarla çox gəzmək lazımdırsa prioritet rahat ayaqqabı və praktik geyimdir. Daha sonra alış siyahısını telefon qeydlərində hazırlamaq tövsiyə olunur. Mağazaya gedərkən və ya onlayn alış-veriş edərkən bu siyahıya əməl etmək lazımdır.

İvatkina həmçinin impulsiv alışlar üçün 24 saat qaydasını tövsiyə edib. Əgər bir paltar xoşuna gəlibsə, dərhal almaq əvəzinə 24 saat gözləyin. Çox vaxt bu müddət ərzində istək azalır və alış ehtiyacının əslində olmaması aydınlaşır.

Ekspert vurğulayır ki alış zamanı keyfiyyət və qiymət əsas amillər olmalıdır. Bir keyfiyyətli geyim beş ucuz paltardan daha yaxşıdır. Həmçinin, reklam bülletenlərindən imtina etmək impulsiv alışların qarşısını almağa kömək edir.

İsmayıl
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.