Hava ilə bağlı AÇIQLAMA - Bakı "dona" bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bildirilir ki, Bakının rayonlarında qış mövsümünə hazırlıq üzrə təsdiqlənmiş tədbirlər planı çərçivəsində mövsümə, xüsusilə qarlı hava şəraitinə hazırlıq işləri tamamlanıb.
Milli.Az xəbər verir ki, hazırda şəhər və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları istifadəyə hazır vəziyyətə gətirilib və əlavə hazırlıq tədbirləri görülüb. BŞİH hər bir rayona nəzarətçi şəxs təyin edərək işlərin yerində izlənməsini təmin edib.
Bu il Bakıda qışın əvvəlki illərlə müqayisədə daha sərt keçəcəyi gözlənilir. Maraqlıdır ki, havaların kəskin soyuması və intensiv yağıntı ehtimalı varmı?
Ekoloq Ənvər Əliyev ölkə.az-a açıqlamasında bildirib ki, bu il anomal payız ayları keçdi:
"Artıq qışa da bir şey qalmayıb, sayı günlər qalıb. Vaxt olub ki, həqiqətən də belə payız ayları olub. Bizim tələbəlik dövründə sentyabrın axırından oktyabrın ortasına qədər "plyaj mövsümü" olan vaxtlar olub. Sonra həddindən artıq ağacların hətta çiçəklənməsi məsələsi də olub. Daimi olmasa da, bu cür havalara tək-tək hallarda rast gəlinib.
O vaxt həm yaşlılar deyirdi, həm də biz çoxillik rəqəmlərə baxırdıq. Qışın sərt keçəcəyi haqqında sanki bir qanunauyğunluq var idi. Biz orta məktəbdə oxuyurduq. Belə hava olanda yaşlılar deyirdilər ki, payızın belə keçməsi yaxşıdır. Çünki çoxlu yaşıl ot kütləsi əmələ gəlir, bu da heyvanlar üçün faydalıdır. Onlar bu otları çox yeyir və çəkilərini artırırlar ki, qışdan normal çıxsınlar. Amma bunun bir "işarəsi" də var idi, deyirdilər ki, qış sərt keçəcək. Qış öz sərtliyini göstərəcək. Yaşlıların dedikləri hamısı təbii qanunlara əsaslanırdı, onlar sinoptik deyildilər. İndi isə vəziyyət təkrarlanıb".
Ekoloq qeyd edib ki, indi qışın sərt keçməsini proqnozlaşdıranlar da var, ona görə də ehtiyat tədbirləri görülür:
"Bu, bir tərəfdən qışın sərt keçməsinin çoxillik qanunauyğunluqlardan bir əlamətdir. Bakı şəhəri bilirsiniz ki, nəqliyyat baxımından, insanların gediş-gəlişində, işlərində və digər məsələlərdə artıq çətin vəziyyətdədir. Bu problemlər onsuz da adi günlərdə çətindir. İndi qış bir az çətin keçsə, görün Bakıda vəziyyət necə olacaq. Şəhər "donacaq".
Ona görə də yaxşı olar ki, lazımi qaydada tədarük görülsün. Heç kəs deyə bilməz ki, qış əla keçəcək, heç kəs də deyə bilməz ki, çox sərt keçəcək. İqlimi bir həftə, beş gün qabaqdan yalnız təxmini proqnozlaşdırırıq, aylarla əvvəl isə uzağa getmək mümkün deyil. Proqnozları, daha doğrusu ilin uzunmüddətli proqnozlarını yalnız təbii qanuna və çoxillik rəqəmlərə baxaraq vermək olar. Bu da bəzən özünü doğruldur. Ona görə də mən belə başa düşürəm ki, hər halda tədarükün görülməsi çox yaxşı haldır. Hətta adi qış keçsə belə insanların çətinliyi azalsın. Əhali onsuz da adi hallarda da çətinlik çəkir və müəyyən problemləri olur".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Telefonun yaddaşı dolubsa, şəkilləri silməzdən əvvəl bu 5 tətbiqi nəzərdən keçirin
-
81 yaşlı Türkan Şorayın yeni görüntüsü gündəm oldu - (Foto)
-
Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyil
-
Mənzillər istifadəyə verilsə də, binada qaz yoxdur - (Video)
-
Evin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır
-
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Sağlamlıq və maliyyə vəziyyətiniz sizin xeyrinizə olacaq
-
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi azaldıldı
-
31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər - şahidlər danışdı - (Video)
-
Masallıda dərs zamanı şagirdə nə olub? - (Video)
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Aysel Bayramova vəzifəsini tərk etdi
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)





