Təhsil

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 22:20
Baxış: 295
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hazırda 2026-cı il üçün ali təhsil müəssisələrinin akkreditasiya qrafiki formalaşdırılmayıb. Milli Aviasiya Akademiyası, Azərbaycan Universiteti də daxil olmaqla, bəzi ali təhsil müəssisələrinin akkreditasiya müddəti başa çatmaq üzrə olduğu üçün onlar yenidən akkreditasiyadan keçəcəklər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov deyib.

O bildirib ki, ali təhsil müəssisələrinə akkreditasiya qanunvericiliyə əsasən beş il müddətinə verilir:

"Şəhadətnamə müddətinin bitməsinə yaxın ali təhsil müəssisəsi prioritetlik əsasında qrafikə daxil edilir və məlumatlandırılır. Onlara özünütəhlil hesabatını hazırlamaq üçün vaxt verilir. Daha sonra agentlikdə müvafiq sahə üzrə ekspertlərin iştirakı ilə komissiyalar formalaşdırılır. Komissiyalar hesabatı araşdırdıqdan sonra sahə baxışına gedir və yekun hesabat hazırlayır. Bu proses ümumilikdə 3-6 ay çəkir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.