İqtisadiyyat

Üzərində möhür olan dollarınız varsa... - AÇIQLAMA

27 Noyabr 2025 21:44
Baxış: 488
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Üzərində möhür olan dollarların banklar tərəfindən götürülməməsi, hər möhürlü 100 dollara görə 20% komissiya tutulması barədə sosial şəbəkələrdə çoxsaylı şikayətlər var.

Milli.Az pravda.az-a istinadən bildirir ki, hüquqşünas Əkrəm Həsənov deyib ki, Azərbaycan banklarının hansısa valyutanı dəyişmək öhdəlikləri yoxdur.

"Dolları dəyişəndə bank hansısa komissiya tutursa, bu ona görədir ki, bank da həmin pulu kiməsə satmalıdır. Ola bilər, bankın özündən də heç kim o pulu almır. Buna görə də məcbur olur, çox saxlayır, yaxud ABŞ-yə göndərməlidir ki, dəyişsin. Bu da bank üçün əlavə xərcdir. Qanuni məhdudiyyət yoxdur, sadəcə, bank bildirmək istəyir ki, səndən möhürlü pul alıram, məndən heç kim o pulu almır, problem olur. Mən də səndən ucuz alıram ki, ehtiyac olsa, ABŞ-yə göndərim", - hüquqşünas deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.