Siyasət

İlham Əliyev: "Biz düşmənçilik səhifəsini tezliklə çevirmək üçün konstruktiv iş aparmaq əzmindəyik"

27 Fevral 2023 22:08
Baxış: 663

Ötən ilin oktyabrında Praqada və Soçidə qəbul edilmiş sənədlər sülh müqaviləsinə nail olmaq üçün istifadə edilə bilən təməldir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən söyləyib.

Dövlətimizin başçısı deyib: "Hər halda biz bu düşmənçilik səhifəsini tezliklə çevirmək və Cənubi Qafqaza sülhü qaytarmaq üçün Ermənistan tərəfi ilə, bizim dostumuz və qonşumuz Rusiya tərəfi ilə müsbət və konstruktiv iş aparmaq əzmindəyik".

Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, səfərin nəticələri həmişəki kimi müsbət olacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.