Siyasət

Azərbaycanın şəhər planlaşdırılması sahəsində təcrübəsi dünya ölkələri üçün maraqlıdır

18 Yanvar 2023 23:30
Baxış: 721

Azərbaycanın davamlı şəhər planlaşdırılması sahəsində çox yaxşı nəticələri var və bu istiqamətdə fəaliyyətini davam etdirir.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru xanım Maimuna Mohd Şərif Davosda Prezident İlham Əliyevlə görüşdə bildirib.

O qeyd edib ki, Azərbaycanın şəhər planlaşdırılması sahəsində təcrübəsi dünya ölkələri üçün də maraqlıdır.

Xanım Maimuna Mohd Şərif Azərbaycana səfərlərini məmnunluqla xatırlayıb və BMT-nin Məskunlaşma Proqramının fəaliyyətinə verdiyi dəstəyə görə ölkəmizə təşəkkürünü bildirib. O, həmçinin hazırda Azərbaycanın UN-HABITAT-a könüllü maliyyə ianələrinə görə dünya ölkələri arasında aparıcı dövlət olduğunu deyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.