Siyasət

Rəsmi Bakı Avstriya XİN başçısına cavab verib: Laçın yolu açıqdır

18 Yanvar 2023 14:59
Baxış: 847

"Laçın yolu açıqdır və hərəkət azadlığı təmin edilir".

Milli.Az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ayxan Hacızadə tviterdə yazıb.

O bildirib ki, yalnız 2022-ci il dekabrın 12-dən dekabrın 15-dək BQXK-nın, Rusiya sülhməramlı kontingentinin və yerli erməni sakinlərinin 644 texnikası hər iki istiqamətdə keçib: "Blokada" ilə bağlı iddiaların heç bir əsası yoxdur!".

Qeyd edək ki, daha əvvəl Avstriyanın xarici işlər naziri Aleksander Şalenberq Azərbaycanı Laçın yolunu açmağa çağırmışdı.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.