Siyasət

Britaniyanın XİN rəhbərinin Rusiyaya girişinə qadağa qoyuldu

14 Yanvar 2023 21:18
Baxış: 463

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli və Baş Qərargah rəisi Patrik Sandersin Rusiyaya girişinə qadağa qoyulub.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Diplomatın sözlərinə görə, stop siyahısına 36 Britaniya rəsmisi, təhlükəsizlik işçisi və jurnalistin adı daxil edilib.

O qeyd edib ki, Rusiya Xarici İşlər Nazirliyi ölkə ərazisinə girişi qadağan olunmuş Britaniya vətəndaşlarının tam siyahısını dərc etməyi lazım görmür, çünki Britaniya hakimiyyəti onların kimdən danışdığını bilir. Eyni zamanda, o vurğulayıb ki, Rusiya tərəfi Londonun tələbi ilə bu siyahını təqdim edə bilər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.