Siyasət

Fuad Nəcəfli Şərurda olub, sakinlərlə görüşüb

7 Yanvar 2023 22:13
Baxış: 648

Bu gün Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Şərur rayonunda olub, sakinlərlə görüşüb.

APA-nın məlumatına görə, əvvəlcə Şərur şəhərindəki şəhidlər abidəsi və ümummilli lider Heydər Əliyevin büstü ziyarət edilib.

Səlahiyyətli nümayəndə görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını rayon sakinlərinə çatdırıb.

Görüş zamanı sakinlərin müraciətləri, problemləri dinlənilib. Qeyd edilib ki, sakinlərin üzləşdiyi problemlər qısa müddətdə aidiyyəti dövlət qurumları ilə birlikdə araşdırılıb həll olunacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.