Siyasət

Prezident: Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlıq geniş gündəliyə malikdir

2 Dekabr 2025 11:07
Baxış: 57

Hazırda Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlıq geniş gündəliyə malikdir.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana bu ölkənin milli bayramı - Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubunda bildirib.

O qeyd edib ki, iqtisadi-ticari, neft-qaz, bərpaolunan enerji, investisiya, rəqəmsallaşdırma və digər sahələrdə səmərəli birgə fəaliyyətimiz uğurla inkişaf edir.

"Əminəm ki, ölkələrimizin və xalqlarımızın rifahına xidmət edəcək əməkdaşlığımızın dərinləşdirilməsi və şaxələndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da ardıcıl olaraq və uğurla davam etdirəcəyik", - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.